Sumqayıt Olimpik Hovuz
Proyekt Haqqında
Sifarişçi:
Tikinti
Məkan:
Azərbaycan, Sumqayıt şəh.
Tikinti tarixi:
10.11.2011
Baxış:
171
Sahə:
840 m²
171 | Hovuz Layihələri

Sumqayıt Olimpik Hovuz

Yeni tikilmiş Olimpiya kompleksinin ərazisində mövcud hovuzun yenidən bərpası üçün hovuzətrafı daşma kanalı, süzgəcləmə(filter) avadanlıqları və suqızdırıcı sistemi quraşdırılıb. Onun hovuzdaxili və hovuzətrafı sahələrində üzlük mozaika materialı ilə xüsusi sifarişli dekorların hazırlanması və tətbiqi həyata keçirilib.

“BOSSON” MMC tikinti, inşaat, daşınmaz əmlak və dizayn sahələrində bir sıra fəaliyyətlər həyata keçirən şirkətdir. Fəaliyyətinə ilk dəfə 1995-ci ildə inşaat materiallarının pərakəndə satışı üzrə başlamışdır. “BOSSON” istehsal etdiyi bütün məhsullara zəmanət , keyfiyyət və etibarlılıq prinsipi ilə yanaşır. Məhsullarını ispan texnologiyası əsasında müasir avadanlıqlarla istehsal edir. Şirkət Azərbaycanda ilklərin sahibidir:  Azərbaycnda ilk dəfə 3D hovuz inşası ilə elastik izolyasiya qatlı dekorlu mozaikanı döşəməyə vuraraq, bir yeniliyə imza atmışdır. Bununla da, şirkət ölkədə müvəffəqiyyətli biznes nümunəsini nümayiş etdirir. “Bosson” yarandığı vaxtdan bəri istehsal etdiyi məhsullarla öz profili üzrə ölkənin ilk mozaika-dizayn şirkətlərindən biridir.

Fəaliyyət göstərdiyi illər ərzində daxili bazarda münasib qiymətlərlə tikinti materiallarının satışı üzrə yüksək nailiyyətlər əldə edib. “BOSSON” MMC 2005-ci ildə Azərbaycanda xarici mozaikaların idxalına başlamış və daxili bazarın mozaikaya olan tələbatlarının ödənilməsində əvəzsiz mövqe tutmuşdur. Keyfiyyəti ilə getdikcə alıcı etibarı qazanan şirkətimizin fəaliyyət sahəsi daha da genişlənmiş və üzlük mozaika daşlarının istehsalına başlamışdır. İstehsal və tikinti sahəsində qazandığımız bütün uğurlarımız şirkətimizin yüksək ixtisaslı, təcrübəli və peşəkar işçi kollektivinə sahib olmasının göstəricisidir.

Teqlər:
Paylaşın:

SƏBƏTİM (0 ELEMENT)

TOPLAM: 0₼ SƏBƏTƏ BAXIN