Bazar Ertəsi - Bazar
9:00 - 20:00
+(994)12 465 82 16 info@bosson.az
Ak. Həsən Əliyev
Küçə 82.

Ana səhifə
  >    Xəbərlər


“BOSSON” MMC-də Novruz Endirimləri başladı
“Bosson” dünyanın tanınmış şirkətləri ilə birgə sərgiyə dəvət olunub
“Bosson” şirkəti Azərbaycan-Türkiyə biznes forumuna dəvət edilib
“Bosson” şirkəti Belarus – Azərbaycan işgüzar görüşünə qatılıb
“AzTv” “Bosson” şirkətinin uğur və təcrübələri haqqında süjet hazırlayıb - VİDEO
“Bosson” şirkəti uğur və təcrübələrini tələbələrlə bölüşüb

“Bosson” şirkəti uğur və təcrübələrini tələbələrlə bölüşüb


    
  •  Tələbələrin kiçik və orta sahibkarlığa yönləndirilməsi iqtisadiyyata yeni nəfəs verə bilər 


       Noyabrın 21-də Azərbaycan Texniki Universitetində (AzTU) “BOSSON” MMC-nin baş meneceri Nadir Kazımov universitetin 3-4-cü kurs tələbələri ilə görüşüb.


    Görüşdə AzTU-nun prorektoru İsa Xəlilov Azərbaycan iqtisadiyyatının mövcud vəziyyətinə diqqət çəkərək bildirib ki, dinamik və dayanıqlı iqtisadiyyat yaratmaq üçün kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi vacibdir. Prorektor vurğulayıb ki, Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il Fərmanı ilə Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi təsdiq olunub: “Bu sahənin inkişafı üçün təsdiq olunan Strateji Yol Xəritəsi milli iqtisadiyyatın şaxələndirilməsi, rəqabətin artırılması, istehlak mallarına olan təlabatın yerli resursların hesabına ödənilməsi, həmçinin, məşğulluğun və iqtisadi inkişafın təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir”.


    Azərbaycanda sahibkarlıqla məşğul olmaq üçün əlverişli mühit yaradıldığını qeyd edən prorektor, tələbələri öz innovativ-yenilikçi ideyalarını sahibkarlıq subyektinə çevirməyə çağırıb. 


    Daha sonra “BOSSON” MMC-nin baş meneceri Nadir Kazımov tələbələrə sahibkarlığın nə olduğu, uğurlu sahibkarlığın necə qurulması, riskin azaldılması, həmçinin manevr etmənin praktik metodları haqqında ətraflı məlumat verib. 


   Nadir Kazımov bildirib ki, sahibkarlıq fəaliyyəti də müəllimlik, həkimlik, məmurluq, aşpazlıq və s. kimi insanın məşğul olduğu fəaliyyət növlərindən biridir. Bildirilib ki, buna görə də, bu sahədə uğur qazanmaq üçün sahibkar məşğul olduğu fəaliyyət növünü dərindən öyrənməlidir. 


     Görüşdə sual doğuran məqamlar ətrafında müzakirələr təşkil olunub. 
    Qeyd edək ki, görüşün təşkilinin məqsədi tələbələrin və gənclərin sahibkarlıq sahəsində maarifləndirilməsi və bu sahəyə yeni ideyaların axınını təmin etməkdir.  

     Bosson.az



Tarix: 2018-01-11 18:39:56










Keyfiyyət, etibarlılıq və məmnunluğu birləşdirərək xidmət göstərən aparıcı şirkətə xoş gəlmisiniz!



Naviqasiya









Əlaqə



  +(994)12 465 82 16

  info@bosson.az

  Bazar Ertəsi - Bazar 9:00 - 20:00

  Ak. Həsən Əliyev Küçə 82.

Sayğac : 296938
© 2018 Bütün hüquqlar qorunur.