Bazar Ertəsi - Bazar
9:00 - 20:00
+(994)12 310 01 61 [email protected]
Ak. Həsən Əliyev
Küçə 82.

Ana səhifə


"Bosson" MMC şirkəti "Mosbuild 2019" sərgisində Azərbaycanı layiqincə təmsil edib
"Bosson" MMC "Kazbuild 2018" sərgisində iştirak edib
“BOSSON” MMC-də Novruz Endirimləri başladı
“Bosson” dünyanın tanınmış şirkətləri ilə birgə sərgiyə dəvət olunub
“Bosson” şirkəti Azərbaycan-Türkiyə biznes forumuna dəvət edilib
“Bosson” şirkəti Belarus – Azərbaycan işgüzar görüşünə qatılıb
“AzTv” “Bosson” şirkətinin uğur və təcrübələri haqqında süjet hazırlayıb - VİDEO
“Bosson” şirkəti uğur və təcrübələrini tələbələrlə bölüşüb

“Bosson” dünyanın tanınmış şirkətləri ilə birgə sərgiyə dəvət olunub


    

Dünyanın 28 ölkəsindən 310 şirkət Bakıya toplaşıb


    Oktyabrın 18-21-də Bakı Ekspo Mərkəzində Böyük Britaniyanın “Iteca Caspian” və onun tərəfdaşı “ITE Group” şirkətinin təşkilatçılığı ilə “Xəzər inşaat həftəsi” keçirilib.


    Bosson.az xəbər verir ki, 3 gün davam edən sərgi Xəzəryanı regionun inşaat sahəsində ən iri tədbiri olan “WorldBuild Baku” XXII Azərbaycan Beynəlxalq inşaat, X Yubiley Beynəlxalq istilik, havalandırma və kondisiyalaşdırma sistemləri, “Aquatherm Baku-2017” Su təchizatı, sanitariya, ətraf mühitin mühafizəsi texnologiyaları, üzgüçülük hovuzu və bərpaolunan enerji və X Yubiley “Securika Caspian-2017” Xəzər beynəlxalq mühafizə, təhlükəsizlik və xilasetmə vasitələri sərgilərini özündə birləşdirib.

    Bu il “Xəzər inşaat həftəsi”ndə dünyanın 28 ölkəsindən 310 şirkət iştirak edib. “Bosson” şirkəti də sərgiyə dəvət edilənlər arasında olub. Şirkəti təmsil edən direktor Zaur Nəcəfov iştirakçılara şirkətin məhsulları haqda bilgi verib. Bir sıra şirkət rəsmiləri ilə işgüzar fikir və təcrübə mübadiləsi aparıb.


   “WorldBuild Baku” sərgisinin əsas xüsusiyyətlərindən biri Almaniya, İran, Birləşmiş Ərəb Əmirliyi(BƏƏ) və Polşadan olan kollektiv milli stendlərin fəal iştirakı olub. Türkiyə, Çin, Rusiya və Çexiya istehsalçıları geniş tərkibdə çıxış ediblər.


   Builki sərginin fərqləndirici cəhəti təşkilatçılar tərəfindən planlaşdırılan fəal işgüzar proqram olub. Belarus, İtaliya, Fars körfəzi ölkələri, ABŞ-dan olan sahibkarların biznes turları böyük maraqla qarşılanıb. Oktyabrın 20-də Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Memarlar İttifaqının, Azərbaycan Memarlıq və İnşaat Universitetinin nümayəndələrinin iştirakı ilə xüsusi VIP tur təşkil olunub. Əcnəbi iştirakçılarla yerli distribüterlərin “B2B” formatlı görüşləri peşəkarların diqqətindən yayınmayıb. Bu tədbir inşaat bazarının iştirakçıları arasında görüşlərin və danışıqların keçirilməsi üçün biznes meydanıdır.


    Gənc layihəçilər Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə vorkşopda(seminarda) iştirak ediblər. Müsabiqə iştirakçıları sərgidə təqdim olunan inşaat materiallarından istifadə layihələrini iki gün ərzində hazırlayıblar. Sərgidə qaliblərin mükafatlandırılması təşkil olunub. 


    “Aquatherm Baku-2017” sərgisi dünyanın 13 ölkəsindən 66 şirkəti toplayıb. Onların sırasına Azərbaycan, İran, İtaliya, Çin, Küveyt, Türkiyə, Fransa və digər ölkələr daxildir. İştirakçı şirkətlər havalandırma və kanalizasiya sistemləri, hidrantlar, boru armaturları, istilik sistemləri, borular, fitinqlər, radiatorlar, nasos stansiyaları, su qızdırıcıları və digər məhsullarını təqdim ediblər.


    Regionda təhlükəsizlik üzrə xüsusiləşdirilmiş yeganə sərgi olan “Securika Caspian-2017” Azərsbaycan, Rusiya, Qazaxıstan və digər ölkələrin iştirakçılarını bir yerə toplayıb. Burada təhlükəsizliyin təmin olunması üzrə texniki vasitələr, yanğın əleyhinə xüsusi təyinatlı avadanlıq, yanğın və mühafizə siqnalizasiyaları, qapalı mühafizə televiziyası və müşahidə kameraları, qəza-xilasetmə texnikası, smart kartlar, girişə nəzarət sistemi və bir sıra digər məhsullar təqdim olunub.


 “Xəzər inşaat həftəsi”ndə iştirakçıların 70 faizi 2018-ci ilin təşkilatçıları ilə əməkdaşlıq barədə istəklərini bildiriblər.


    Tədbir Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Memarlar İttifaqı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənib. 


"Bosson.az"



Tarix: 2018-01-11 18:33:09










Keyfiyyət, etibarlılıq və məmnunluğu birləşdirərək xidmət göstərən aparıcı şirkətə xoş gəlmisiniz!



Naviqasiya









Əlaqə



  +(994)12 310 01 61


  Bazar Ertəsi - Bazar 9:00 - 20:00

  Ak. Həsən Əliyev Küçə 82.

Sayğac : 2479495
© 2024 Bütün hüquqlar qorunur.