Bazar Ertəsi - Bazar
9:00 - 20:00
+(994)12 310 01 61 [email protected]
Ak. Həsən Əliyev
Küçə 82.

Ana səhifə


"Bosson" MMC şirkəti "Mosbuild 2019" sərgisində Azərbaycanı layiqincə təmsil edib
"Bosson" MMC "Kazbuild 2018" sərgisində iştirak edib
“BOSSON” MMC-də Novruz Endirimləri başladı
“Bosson” dünyanın tanınmış şirkətləri ilə birgə sərgiyə dəvət olunub
“Bosson” şirkəti Azərbaycan-Türkiyə biznes forumuna dəvət edilib
“Bosson” şirkəti Belarus – Azərbaycan işgüzar görüşünə qatılıb
“AzTv” “Bosson” şirkətinin uğur və təcrübələri haqqında süjet hazırlayıb - VİDEO
“Bosson” şirkəti uğur və təcrübələrini tələbələrlə bölüşüb

“AzTv” “Bosson” şirkətinin uğur və təcrübələri haqqında süjet hazırlayıb - VİDEO


    

"Çalışırıq ki, Azərbaycanda istehsal olunan məhsulları xarici dövlətlərə tanıtdıraq" - Zaur Nəcəfov 


       27 aprel 2017-ci ildə Azərbaycan Dövlət Televiziyası (AzTv) “Bosson” şirkəti ilə bağlı tele süjet hazırlayaraq, şirkətin məhsulları və uğurlu təcrübələrindən bəhs edib:

   Azərbaycanda qeyri-neft sektorunun inkişafı prioritet sahədir və ölkədə kiçik və orta sahibkarlığa göstərilən dəstək əhalinin məşğulluğunun artırılması, yeni iş yerlərinin açılmasını təmin edir. Hazırda bu sahədəki siyasət sahibkarlığa dövlət himayəsininin sistemli şəkildə həyata keçirilməsinin, sahibkarlara dövlət dəstəyinin səmərəsinin yüksəldilməsinin təmin edilməsinə yönəldilib. “Bosson” MMC-nin direktoru Zaur Nəcəfov da son zamanlar ölkədə sahibkarlığın inkişafı istiqamətində atılan addımların sistemli və ardıcıl xarakter daşıdığını, sahibkarlığın inkişafına böyük dəstəyin göstəricisi olduğunu vurğulayır. “Made in Azerbaijan” brendini xarici bazarlarda təşviqi ilə bağlı görülən işlərdən bəhs edən sahibkar bunu ölkədə sahibklarlığın inkişafına dövlət dəstəyi, eyni zamanda, yerli sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu bildirdi.

   “Bu gün sahibkarlığın inkişafına cənab prezidentimizin dəstəyi və köməyi nəticəsində sahibkarlar çox fəal şəkildə fəaliyyətlərində bir dönüş yaradıblar. Və onlarla bərabər biz də, həmçinin bu istiqamətdə öz səylərimizi artırırıq. Çalışırıq ki, Azərbaycanda istehsal olunan məhsulları xarici dövlətlərə tanıtdıraq. “Made in Azerbaijan” brendindən bir reklam kimi istifadə edək. Xarici dövlətlərdə ölkəmizi layiqincə təmsil edək”, - deyə direktor Zaur Nəcəfov qeyd edib.

    Zaur Nəcəfov əsasən, dekorativ, keramik üzlük materiallar istehsal edən şirkətin hazırda “Made in Azerbaijan” brendi adı altında Rusiya, Qazaxıstan və Gürcüstana məhsul ixrac etməyə hazırlaşdığını vurğuladı.

Mənbə: AzTV





Tarix: 2018-01-11 18:36:48










Keyfiyyət, etibarlılıq və məmnunluğu birləşdirərək xidmət göstərən aparıcı şirkətə xoş gəlmisiniz!



Naviqasiya









Əlaqə



  +(994)12 310 01 61


  Bazar Ertəsi - Bazar 9:00 - 20:00

  Ak. Həsən Əliyev Küçə 82.

Sayğac : 2477899
© 2024 Bütün hüquqlar qorunur.