![]() Bazar Ertəsi - Bazar 9:00 - 20:00 |
![]() +(994)12 310 01 61
info@bosson.az |
![]() Ak. Həsən Əliyev
Küçə 82. |
![]() |
![]() |
![]() |
|
“Bosson” şirkəti Azərbaycan-Türkiyə biznes forumuna dəvət edilibVan Ticarət və Sənaye Palatası Azərbaycan sərmayeçilərinə investisiya və yatırıma dəstək üçün Anlaşma Memorondumu imzaladı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (“AZPROMO”) və Van Ticarət və Sənaye Palatası ixracın və xarici sərmayələrin təşviqi sahəsində təcrübə mübadiləsi aparacaqlar. Bosson.az xəbər verir ki, dekabrın 14-də İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (“AZPROMO”) təşkilatçılığı ilə Azərbaycan-Türkiyə biznes forumu keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən qida sənayesi, səhiyyə, turizm, sənaye və tikinti sahəsində fəaliyyət göstərən 70-ə yaxın iş adamı iştirak edib. Biznes foruma “Bosson” şirkətinin direktor köməkçisi Kəmalə Hüseynova və şirkətin baş meneceri Nadir Kazmıov da qatılıb. Əməkdaşlarımız yerli və xarici şirkətlərin uğur və təcrübələrini dinləyib, müasir iqtisadi yeniliklər və əməkdaşlıq məsələləri ilə tanış olublar. Forumda “AZPROMO”-nun vitse-prezidenti Murad Abdullayev Azərbaycanın biznes və investisiya mühiti barədə təqdimatla çıxış edib, Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində görülən tədbirlər, iqtisadiyyatın şaxələndirilməsi, özəl sektorun inkişafının stimullaşdırılması, ixracın genişləndirilməsi, “Made in Azerbaijan” brendinin və xarici investisiyaların təşviqi, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işləri diqqətə çatdırıb. Van Ticarət və Sənaye Palatasının rəhbəri Necdet Takva Azərbaycan və Türkiyə işgüzar dairələri arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdiyini bildirib. O, mövcud imkanlardan səmərəli istifadənin ikitərəfli əlaqələrin inkişafında rolunu qeyd edib. Takva həmçinin Van Ticarət və Sənaye Palatasının iş adamları arasında yeni əlaqələrin qurulması istiqamətində həyata keçirdiyi tədbirləri diqqətə çatdırıb, Van vilayətinin iqtisadi potensialı barədə məlumat verib. Tədbirdə önəmli hissəsindən biri kimi, “AZPROMO” və Türkiyənin Van Ticarət və Sənaye Palatası arasında iqtisadi-ticarət və investisiya əlaqələrinin inkişaf etdirilməsinə, ixracın və xarici sərmayələrin təşviqi sahəsində təcrübə mübadiləsinə dair Anlaşma Memorandumu imzalanıb. Memorandum Azərbaycan və Türkiyənin Van şəhərinin iş adamlarının fəaliyyətinə, onların investisiya yatırmalarına dəstək olmaq və qarşılıqlı əməkdaşlığı genişləndirməyi nəzərdə tutur. Azərbaycanda bir neçə günlük səfərdə olan idarə heyətinin əsas məqsədi ticarətin və qarşılıqlı mənfəətin daha da genişləndirilməsidir. Forum ikitərəfli görüşlərlə davam edib. Qeyd edək ki,Van ticarət festivalı (“Van Shopping Fest") artıq 4 ildir ki təşkil olunur. Növbəti isə 2018-ci il 15 mart - 5 aprel tarixlərində keçiriləcək. Mənbələr: AzTV/ İnteraz Tarix: 2018-01-11 18:34:56 ![]() ![]() ![]() ![]() ![]() |
|