Bazar Ertəsi - Bazar
9:00 - 20:00
+(994)12 310 01 61 [email protected]
Ak. Həsən Əliyev
Küçə 82.

Ana səhifə


"Bosson" MMC şirkəti "Mosbuild 2019" sərgisində Azərbaycanı layiqincə təmsil edib
"Bosson" MMC "Kazbuild 2018" sərgisində iştirak edib
“BOSSON” MMC-də Novruz Endirimləri başladı
“Bosson” dünyanın tanınmış şirkətləri ilə birgə sərgiyə dəvət olunub
“Bosson” şirkəti Azərbaycan-Türkiyə biznes forumuna dəvət edilib
“Bosson” şirkəti Belarus – Azərbaycan işgüzar görüşünə qatılıb
“AzTv” “Bosson” şirkətinin uğur və təcrübələri haqqında süjet hazırlayıb - VİDEO
“Bosson” şirkəti uğur və təcrübələrini tələbələrlə bölüşüb

“Bosson” şirkəti Belarus – Azərbaycan işgüzar görüşünə qatılıb


    

Meçislav Qoy: "Belarusda Azərbaycan iqtisadiyyatına böyük maraq var"

 

    7 dekabr 2017-ci ildə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun(AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Belarus işgüzar görüşü keçirilib. Tədbirdə Azərbaycan və Belarusdan olan rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, əczaçılıq, İKT, konsaltinq, logistika və digər sahələrdə fəaliyyət göstərən 40-a yaxın sahibkar iştirak edib. Görüşə “Bosson” şirkəti və onun rəhbərliyi də dəvət edilib. Direktor Zaur Nəcəfov tədbirdə Belarusdan olan iş adamları ilə görüşüb. Dialoq zamanı ölkələr və şirkətlərarası münasibətlərin və əlaqələrin qurulmasından bəhs edilib. Əməkdaşlıq perspektivləri müzakirə edilib.   


    İşgüzar tədbirdə çıxış edən AZPROMO-nun prezidenti Rüfət Məmmədov qonaqlara Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər, eləcə də Azərbaycan-Belarus iqtisadi əlaqələri və əməkdaşlığın genişləndirilməsi imkanları barədə məlumat verib. Məmmədov həmçinin ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində görülən işlərdən də bəhs edib. 

    Tədbirə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 7 Belarus şirkəti qatılıb.


   Qonaqlara rəhbərlik edən nümayəndə heyətinin və Belarusun Qrodno şəhərinin icra komitəsinin sədri, Meçislav Qoy isə ölkəsində  Azərbaycan iqtisadiyyatına böyük maraq olduğundan, iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində mümkün əməkdaşlıq imkanlarından bəhs edib. Qoy Meçislav yeni biznes əlaqələrinin qurulması baxımdan işgüzar görüşlərin əhəmiyyətini diqqətə çatdırıb, hər iki ölkənin iş adamlarını fəal əməkdaşlığa dəvət edib.


    Digər bir qonaq, Belarusun Ticarət-Sənaye Palatasının Qrodno şəhəri üzrə rəhbəri Miçeslav Kostyuk Azərbaycan və Belarusun işgüzar dairələri arasında əməkdaşlığın inkişaf etdiyini qeyd edib. İşgüzar görüşdə Qrodno vilayətinə dair video çarx nümayiş edilib.


    Tədbir iş adamları arasında ikitərəfli görüşlər və dialoqlarla davam edib.  

Bosson.az



Tarix: 2018-01-11 18:36:00










Keyfiyyət, etibarlılıq və məmnunluğu birləşdirərək xidmət göstərən aparıcı şirkətə xoş gəlmisiniz!



Naviqasiya









Əlaqə



  +(994)12 310 01 61


  Bazar Ertəsi - Bazar 9:00 - 20:00

  Ak. Həsən Əliyev Küçə 82.

Sayğac : 2477849
© 2024 Bütün hüquqlar qorunur.