"Bosson" MMC "Kazbuild 2018" sərgisində iştirak edib

"Bosson" MMC sentyabrın 4-də Qazaxıstanın Almatı şəhərində təşkil edilən “Kazbuild 2018”  sərgisində və ixrac missiyasında iştirak edib. İxrac missiyaları mövcud bazarlara yeni məhsullar təqdim etmək məqsədi ilə təşkil olunan dəstək tədbiridir. Səfər olunan ölkələr və səfərlərin tarixi qeyri-neft məhsullarının ixrac potensialı, ixracatçılardan daxil olan müraciətlər və Azərbaycanın beynəlxalq iqtisadi və ticarət əlaqələri nəzərə alınmaqla İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən olunur. İqtisadiyyat Nazirliyinin və AZPROMO-nun təşkilatçılığı ilə “Made in Azerbaijan” stendində Azərbaycanın tikinti və interyer məhsulları nümayış olunub və həmin il sərgidə 25 ölkədən 288 inşaat şirkəti iştirak edib ki, “Bosson” MMC şirkəti də həmin şirkətlər sırasındadır.

“KazBuild 2018” sərgisində Azərbaycanın 14 şirkəti ilk dəfə iştirak edərək, üç gün davam edən  sərgidə ölkəmizi layiqincə təmsil etmişlər. “KazBuild 2018” beynəlxalq sərgisində ilk dəfə Azərbaycan milli stendinin təqdim olunmasını və Azərbaycan şirkətlərinin Qazaxıstan beynəlxalq sərgilərində iştirakının ənənəyə çevriləcəyinə ümidvar olduğunu deyən ölkəmizin Qazaxıstandakı səfiri Rəşad Məmmədov bu cür tədbirlərin ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına, səmərəli və qarşılıqlı anlaşma mühitinin yaradılmasına, əmtəə dövriyyəsinin artırılmasına müsbət təsirini göstərdiyini deyib. 2018-ci  ilin birinci yarısında Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi ötən ilin birinci yarısı ilə müqayisədə 50 faiz artıb. Bu artım həmdə şirkətimizdə də özünü göstərib.

“Azərbaycan və Qazaxıstan arasında əlaqələrin daha da genişləndirilməsi, Azərbaycan məhsullarının Qazaxıstan bazarlarına çıxarılması, ixracın və istehsalın stimullaşdırılması, həmçinin iki ölkənin iş adamları arasında əməkdaşlığın təşviqi məqsədi ilə tədbirlər keçirilib və şirkətimiz sərgi çərçivəsində Azərbaycan və Qazaxıstan şirkətləri arasında ixrac imkanlarının genişləndirilməsinə dair işgüzar görüşlər keçirib. Şirkətimiz həmin sərgidə öz istehsalımız olan mozaikalarla bir neçə ölkənin diqqətini öz üzərinə çəkməyi bacarmışdır. Sərgi sentyabrın 6-da başa çatmışdır.

Teqlər:
Paylaşın:

SƏBƏTİM (0 ELEMENT)

TOPLAM: 0₼ SƏBƏTƏ BAXIN